• Bakı 25° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

İsraildə daha qapanmalar olmayacaq

DÜNYA

20 Aprel 2021 | 14:06

İsraildə daha qapanmalar olmayacaq

İsraildə artıq koronaviris pandemiyası ilə bağlı qapanmalar olmayacaq.

Bu barədə İsrail rəsmiləri açıqlama verib. Belə ki, əhalisinin sayına görə dünyada ən sürətli vaksinasiya prosesi aparan İsrail 2022-ci il üçün alacağı vaksinlərlə bağlı "Pfizer" şirkəti ilə razılaşıb. Bununla bağlı yayılan bəyanatda artıq ölkədə qapanma tədbirlərinin olmayacağı da açıqlanıb.

Baş nazir Binyamin Netanyahu və səhiyyə naziri Yuli Edelstein İsrail ilə "Pfizer" arasında imzalanan COVİD-19 peyvənd razılaşmasını elan ediblər. Peyvəndin miqdarı və miqdarı barədə heç bir məlumat verilməsə də İsrail mətbuatı milyonlarla doza peyvəndin alınacağını yazıb.

Qeyd edək ki, 9,3 milyon əhalisi olan İsraildə bu günə qədər "Pfizer/ BioNTech" şirkətlərinin birgə hazırladığı vaksinin birinci dozası 5 milyon 350 min adama, 4 milyon 977 min adama isə ikinci dozası tətbiq edilib. Bununla da İsrail dünyada sürətli vaksinasiya aparan lider ölkədir.

Artıq dünəndən etibarən ölkədə açıq havada maska taxmaq tələbi aradan qaldırılıb. /musavat/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026