• Bakı 8° C

    2.56 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

İstanbul derbisində qalib müəyyənləşmədi

İDMAN

19 Dekabr 2021 | 01:38 | Müəllif: Qalib İbrahimoğlu

İstanbul derbisində qalib müəyyənləşmədi

Dekabrın 18-də futbol üzrə Türkiyə çempionatının XVII turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray" doğma meydanda "Başakşəhər”i qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, gərgin keçən görüşdə hesabı 20-ci dəqiqədə qonaqların hücumçusu Stefano Okaka açıb. Meydan sahibləri isə 87-ci dəqiqədə Mustafa Mohamedin vurduğu qolla hesabı bərabərləşdirib. Oyun elə bu hesabla bitib - 1:1.

Günün digər matçlarında "Trabzonspor" öz meydanında "Hatayspor"u 2:0 hesabı ilə üstələyib. "Sivasspor" səfərdə "Kasımpaşa"nı 3:1 hesabı ilə məğlub edib. "Konyaspor"da doğma divarlar arasında "Antalyaspor"u minimal hesabla udub. "Adana Dəmirspor" isə səfərdə "Alanyaspor"a 3:1 hesabı ilə qalib gəlib.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 42 xalla "Trabzonspor" başçılıq edir. Ondan 9 xal geri qalan "Konyaspor" ikinci, sonuncudan dörd xal geri qalan "Başakşəhər" isə üçüncü pillələrdə qərarlaşıblar.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR