FIFA 2021-ci ilin ən yaxşı futbolçusunu açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu ada Almaniya "Bavariya"sının hücumçusu Robert Levandovski sahib çıxıb.
O, “The Best” mükafatını qazanıb. İlin ən yaxşısı səsvermədə Lionel Messi (Argentina/“Barselona”/PSJ) və Məhəmməd Salahı (Misir/ “Liverpul”) qabaqlayıb.
İlin ən yaxşı qadın futbolçusu adını isə Aleksiya Puteyas (İspaniya/“Barselona”) qazanıb.

















