• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"Qarabağ"ı Bakıda 30-40 min azarkeş dəstəkləyəcək" - Canni De Byazi

İDMAN

16 Fevral 2022 | 00:36 | Müəllif: Subhan Mahmudov

"Qarabağ"ı Bakıda 30-40 min azarkeş dəstəkləyəcək" - Canni De Byazi

"Düşünürəm ki, "Qarabağ"ı Fransa "Marsel"inə qarşı ev oyununda 30-40 min azarkeş dəstəkləyəcək".

Bakıvaxtı.az "Report"a istinadən bildirir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Tuttomercato" nəşrinə müsahibəsində deyib.

İtaliyalı mütəxəssis Ağdam klubunun 6 futbolçusunun yığmada əsas heyət üzvləri olduğunu bildirib: "Onlar millinin oyununa əhəmiyyətli dərəcədə töhfə verənlərdir. Uzun illərdir ölkə çempionatının zirvəsindədirlər. "Qarabağ" yerli oyunçulara sərmayə qoyan klubdur".

Milli komandadan da söz açan 66 yaşlı baş məşqçi işi ilə əlaqədar Bakıda qalmalı olduğunu söyləyib: "Yığmanın əksər üzvləri yerli çempionatda çıxış etdiyindən onların məşqlərini və oyunlarını izləyirəm. Millətlər Liqasının matçlarınadək Malta və Latviyaya qarşı iki yoldaşlıq görüşü keçirmək imkanımız olacaq".

Qeyd edək ki, Azərbaycan millisi martın 25-də Malta, martın 29-da isə Latviya ilə qarşılaşacaq.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026