• Bakı 13° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azarkeşlər PSJ-nin futbolçusunu döyüblər

İDMAN

17 Mart 2022 | 23:54 | Müəllif: Subhan Mahmudov

Azarkeşlər PSJ-nin futbolçusunu döyüblər

Fransanın PSJ klubunun futbolçusu Leven Kürzava yerli azarkeşlərin hücumuna məruz qalıb.

Bakıvaxtı.az "Report"a istinadən bildirir ki, hadisə 30 yaşlı müdafiəçi məşqdən çıxıb evinə gedərkən baş verib.

İşıqforun qırmızı işığında avtomobilin dayanmasından istifadə edən fanatlar qapını açaraq, fransalı oyunçunu vurmağa başlayıblar.

İnsidentin videosunu sosial şəbəkələrdə paylaşan tərəfdarlar bunları yazıblar: "Kürzava ilə məşqdən sonra görüşdük. Hamınızı ovlayacağıq".

Qeyd edək ki, PSJ-nin Çempionlar Liqası ilə erkən vidalaşmasını qəbul edə bilməyən azarkeşlər futbolçulara etirazlarını müxtəlif formada bildirirlər. Daha əvvəl Lionel Messi çempionat oyunu vaxtı fitə basılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR