• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Real"la oyundakı davranışına görə cəzalandırıla bilər

İDMAN

16 Fevral 2022 | 20:54 | Müəllif: Subhan Mahmudov

"Real"la oyundakı davranışına görə cəzalandırıla bilər

PSJ-nin idman direktoru Leonardo cəzalandırıla bilər. 

Bakıvaxtı.az "Marca"ya istinadən xəbər verir ki, buna səbəb onun ötən gecə Çempionlar Liqasının 1/8 final mərhələsində "Real"la görüşdəki (1:0) davranışıdır. 

Leonardo matçı idarə edən baş hakim Daniele Orsatoya yaxınlaşaraq, yarımmüdafiəçi Marko Verrattinin 40-cı dəqiqədə aldığı sarı vərəqədən narazılığını və xəbərdarlığın yersiz olduğunu bildirib. PSJ-nin idman direktorunun bu davranışı "Real" nümayəndələrinin xoşuna gəlməyib. Klublar arasında gərginlik olduğu üçün bu epizoda diqqət yetirilib.

Bir neçə gündən sonra Orsatonun bu epizodu matçın protokoluna daxil edib-etmədiyi məlum olacaq. Bu baş verərsə, nizam-intizam komitəsi vəziyyəti nəzərdən keçirəcək və Leonardonu cəzalandırmaq qərarına gələcək .(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026