• Bakı 11° C

    5.64 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Roman Abramoviç Türkiyə klubunu almaq istəyir

İDMAN

18 Mart 2022 | 09:41

Roman Abramoviç Türkiyə klubunu almaq istəyir

“Çelsi”nin sahibi Roman Abramoviç yeni klub almağa hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, rusiyalı biznesmen “Göztəpə”nin sahibi olmaq niyyətindədir.

Rusiya ilə Ukrayna arasında yaşanan hərbi gərginlik səbəbindən Britaniya hökuməti tərəfindən sanksiyalarla üzləşən və “Çelsi”ni satmaqdan başqa çarəsi qalmayan Abramoviç Türkiyə tərəfinin jestinə eyni şəkildə qarşılıq vermək istəyir. Türkiyə hökuməti sanksiyalara qoşulmadığı üçün iş adamı Super Liqa təmsilçisi “Göztəpə”yə sahib çıxmaq fikrindədir.

Qeyd edək ki, Roman Abramoviç 2003-cü ildən “Çelsi”yə rəhbərlik edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR