• Bakı 13° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şahmat üzrə Azərbaycan çempionatında finalçılar məlum olub

İDMAN

16 Fevral 2022 | 21:04 | Müəllif: Subhan Mahmudov

Şahmat üzrə Azərbaycan çempionatında finalçılar məlum olub

Naxçıvanda təşkil edilən kişi şahmatçılar arasında Azərbaycan çempionatında finalçılar məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, yarımfinalda Vasif Durarbəyli  ilə Məhəmməd Muradlı arasındakı əsas oyunlar 1:1 hesabı ilə bitdikdən sonra ilk rapid oyununda heç-heçə qeydə alınıb. İkinci rapid görüşündə qələbə qazanan Məhəmməd Muradlı adını finala yazdırıb. 

Sabah iki partiyadan ibarət finalda Məhəmməd Muradlı Misrətdin İsgəndərovla, üçüncü yer uğrunda görüşdə isə Aydın Süleymanlı Vasif Durarbəyli ilə qarşılaşacaq. 

Qeyd edək ki, 2019-cu ildə Məhəmməd Muradlı 20 şahmatçının iştirak etdiyi Azərbaycan çempionatında çempionluq sevinci yaşayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026