• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Qarabağ"la oyun asan olmayacaq" - Pap Quye

İDMAN

16 Fevral 2022 | 20:15 | Müəllif: Subhan Mahmudov

"Qarabağ"la oyun asan olmayacaq" - Pap Quye

"Klubumuz rəqabəti təsəlli kimi qəbul etmir. İstənilən yarışda qalib gəlməliyik. Məqsədimiz bütün yolu qət etməkdir. Çünki sonda qələbəni qeyd etməliyik". 

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın Konfrans liqasının pley-off mərhələsindəki rəqibi "Marsel"in futbolçusu Pap Quye Ağdam təmsilçisi ilə Fransada keçirəcəkləri matç öncəsi təşkil olunan mətbuat konfransında deyib. O, "Qarabağ"la oyunun asan keçməyəcəyini deyib:

"Məqsədimiz bu turnirdə mübarizə aparmaq olmayıb. Bunu gizlətmək fikrində deyilik. Biz bu yarışa sakit yanaşırıq. Yaxşı işləmişik, rəqibi analiz etmişik. Asan matç olmayacaq. Ardıcıl qələbələr qazanmaq üçün evdə qalib gəlmək istəyirik".

Qeyd edək ki, sabah gecə keçiriləcək "Marsel" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq. (qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR