• Bakı 15° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Ronaldodan planlarını soruşacağam" - Həbib

İDMAN

16 Fevral 2022 | 21:48 | Müəllif: Subhan Mahmudov

"Ronaldodan planlarını soruşacağam" - Həbib

Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov hücumçu Kriştiano Ronaldonun "Mançester Yunayted"də qalmasını istəyir.

Bakıvaxtı.az xəbər verir ki,bu barədə o, "Sky Sports"a müsahibəsində deyib: "Ronaldonun 37 yaşı var, bu onun üçün ən yaxşı yaş deyil, amma oyunu, enerjisi, təcrübəsi ilə bütün komandaya təsir edir. "Mançester Yunayted"in yaxşı və güclü komandası var.

"Mançester Yunayted" gələn mövsüm yaxşı çıxış edəcək. Hələ yeni futbolçular meydana çıxmayıb, amma gələn mövsüm onlar digər klublara böyük problemlər yaradacaq.

Ronaldo ilə danışacağam. Xatırlayıram ki, o, "Real"dan ayrılmadan bir neçə ay əvvəl mənə bu haqda danışmışdı və "Yuventus"da da belə idi. Amma bütün bunları mətbuata demirəm, mən "Sky Sports"un jurnalisti deyiləm.

Mən Ronaldodan planlarını soruşacağam. Düzünü desəm, onun qalmasını istəyirəm”.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026