• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İspaniya Super Kuboku: "Real Madrid" 12 qat qalib oldu

İDMAN

17 Yanvar 2022 | 00:47 | Müəllif: Qalib İbrahimoğlu

İspaniya Super Kuboku: "Real Madrid" 12 qat qalib oldu

Futbol üzrə İspaniya Super Kubokunda final oyunu keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, həlledici görüşdə "Real Madrid" və Bilbao "Atletik"i üz-üzə gəlib. Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyaddakı "Kral Fəhd" stadionunda təşkil olunmuş qarşılaşma Madrid komandasının qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 38-ci dəqiqədə Luka Modriç açıb. 52-ci dəqiqədə isə Kərim Benzema penaltini dəqiq yerinə yetirib.

87-ci dəqiqədə "kral klubu" Eder Militaonun meydandan qovulması səbəbindən azlıqda qalıb (report). Lakin "Atletik" say üstünlüyündən yararlana bilməyib.

Bununla da "Real Madrid" tarixində 12-ci dəfə İspaniya Super Kubokuna sahib olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026