• Bakı 24° C

    1.7 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Şəhriyar Məmmədyarov Aniş Giri ilə görüşdü

İDMAN

17 Yanvar 2022 | 23:16 | Müəllif: Subhan Mahmudov

Şəhriyar Məmmədyarov Aniş Giri ilə görüşdü

Bu gün – yanvarın 17-də Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat superturnirinin üçüncü turunun oyunları keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov üçüncü turda Niderland şahmatçısı Aniş Giri ilə qara fiqurlarla mübarizə aparıb. Şahmatçılar 21-ci gedişdə heç-heçəyə razılaşıblar.

Qeyd edək ki, şahmatçımız ötən iki turda rusiyalı şahmatçılar Daniil Dubov və Andrey Yesipenko ilə qarşılaşmaları da heç-heçə ilə baş vurub.

Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Turnirdə 14 şahmatçı iştirak edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR