• Bakı 18° C

    3.68 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İstanbulda bina belə çökdü - VİDEO

DÜNYA

27 Iyun 2024 | 08:50 | Müəllif: Qalib İbrahimoğlu

İstanbulda bina belə çökdü - VİDEO

İstanbulda7 mərtəbəli binanın 3-cü mərtəbəsi bu gün səhər saatlarında çöküb.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Bahçelievler Zəfər Məhəlləsi Yadigar küçəsində qeydə alınıb.

İstanbul valiliyi dağıntılar altında heç kimin olmadığını açıqlayıb.

1980-ci ildə tikilən binada çatların əmələ gəlməsi sakinlərdə təşviş yaradıb. Boşaldılan bina çökməzdən əvvəl mobil telefon kamerası ilə lentə alınıb.

Ehtiyat tədbiri olaraq ərazidəki bəzi binalar da boşaldılıb.

Qismən uçmanın baş verdiyi bina hadisədən bir qədər əvvəl belə görünüb.

Murad Məmmədli

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026