• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Şahzadə Harri: Həyat yoldaşıma sui-qəsd ola bilər!

DÜNYA

27 Iyul 2024 | 00:50

Şahzadə Harri: Həyat yoldaşıma sui-qəsd ola bilər!

Britaniya kralı III Çarlzın kiçik oğlu Şahzadə Harri həyat yoldaşı Meqan Marklın Birləşmiş Krallığa gələcəyi təqdirdə, onun öldürülə biləcəyindən qorxur.

Bakıvaxtı.az xəbər verir ki, o, yerli mediaya müsahibəsində deyib ki, Britaniya tabloidləri amerikalı aktrisa haqqında o qədər mənfi obraz yaradırlar ki, bu, psixi cəhətdən qeyri-sağlam insanı cinayətə sövq edə bilər.

"Tək adamın bunu oxuması və oxuduqlarına uyğun hərəkət etməyə qərar verməsi kifayətdir. İstər bıçaq, istərsə də yandırıcı məhlul olsun, bütün bunlardan ciddi narahatlığım var. Həyat yoldaşımı gətirmək (Britaniyaya - red.) istəməməyimin səbəblərindən biri də budur", - deyə Harri bildirib.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024