• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Burkina-Fasoda terrorçular 200-ə qədər insanı qətlə yetirib

DÜNYA

25 Avqust 2024 | 22:46 | Müəllif: Subhan Mahmudov

Burkina-Fasoda terrorçular 200-ə qədər insanı qətlə yetirib

Burkina-Fasonun Sanmatenqa əyalətinin Barsaloqo kommunasına silahlı terrorçu qrupların hücumu nəticəsində 200-ə qədər insan həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə RFI radiostansiyası Afrika respublikasının təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, hücum şənbə günü, avqustun 24-də baş verib. Ölənlər arasında mülki vətəndaşlar, əsgərlər və könüllülər də var. Eyni zamanda bir neçə hərbçi də itkin düşüb.

Radiostansiya bildirib ki, xəsarət alan azı 140 nəfər tibb müəssisələrinə yerləşdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026