"Qızım artıq böyüyür, Allah bütün övladları saxlasın".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı deyib.
İfaçı qızı Sahilədən danışıb. O, istirahət etməyə gedərkən hər zaman qızını da apardığını bildirib:
"Mənim övladım haradadırsa, mənim gəzintim odur. Onsuz harasa getmək mənlik deyil. İşlə bağlı gedirəmsə ayrı, amma istirahətə onsuz getmirəm".
Qeyd edək ki, Gülay Zeynallı fitnes məşqçisi Kamil Zeynallı ilə ailəlidir. Onların Sahilə adlı bir qız övladları var.
Ziyafət Əlisoy
















