• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

İsveçdə Qurani-Kərimi yandıran güllələnərək öldürüldü

DÜNYA

30 Yanvar 2025 | 12:54

İsveçdə Qurani-Kərimi yandıran güllələnərək öldürüldü

İsveçdə Qurani-Kərimi yandırma provokasiyaları ilə tanınan Salwan Momikanın güllələnərək öldürüldüyü bildirilib.

Bakıvaxtı.az bu barədə "Aftonbladet" qəzetinə ist8inadla məlumat verir.

Məlumatına görə, 38 yaşlı Momika ötən gecə Södertälje şəhərindəki mənzilində silahlı hücuma məruz qalıb və hadisə yerində həyatını itirib.

Momika hücum zamanı TikTok-da canlı yayımda olub. Hadisə barədə polisə məlumat verildikdən sonra əraziyə gələn hüquq-mühafizə orqanları onun cansız bədəni ilə qarşılaşıb. Polis cinayətkarı tapmaq üçün xüsusi əməliyyata başlayıb.

Məhkəməsi davam edirdi, qərarının 31 yanvar Cümə günü saat 11:00-də elan olunacağı gözlənilirdi.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

18 Aprel 2025