• Bakı 23° C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

"Jelezniçar" Bakıya ciddi itkilərlə gəlir

İDMAN

29 Iyul 2023 | 09:46

"Jelezniçar" Bakıya ciddi itkilərlə gəlir

Bosniya və Herseqovinanın "Jelezniçar" komandasının futbolçusu Amar Drina Bakıda "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının cavab oyununu buraxacaq.

Bakıvaxtı.az xəbər verir ki, buna 21 yaşlı müdafiəçinin evdə "ağ-qaralar"la 2:2 hesablı heç-heçə etdikləri ilk qarşılaşmada sarı vərəqə görməsi səbəb olub. Bu mövsüm avrokuboklarda 3-cü dəfə rəsmi xəbərdarlıq alan gənc oyunçu cəzalı duruma düşüb.

Sarayevo təmsilçisinin heyətində başqa itkilər də var. Edin Kokaliç, Edin Rustemoviç və Semir Ştiliç ilk matçda iştirak etməyiblər. İrfan Yaşareviç və Cozef Amoa isə "Neftçi" ilə qarşılaşmada zədələnərək meydanı tərk ediblər.

Qeyd edək ki, avqustun 3-də 8-ci km stadionunda oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR