• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Kadırov açıqladı: Müharibə bu tarixdə bitəcək!

DÜNYA

14 Dekabr 2023 | 01:10 | Müəllif: Subhan Mahmudov

Kadırov açıqladı: Müharibə bu tarixdə bitəcək!

Düşünürəm ki, Ukraynada hərbi əməliyyatlar növbəti yayda – iyun, yaxud iyul aylarında başa çatacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

Kadırov onu da qeyd edib ki, əgər qərar qəbul edilsəydi, üç aya münaqişəyə son qoyula bilərdi.

Fikrini onunla əsaslandırıb ki, Rusiya hərbçilərinə şəhərləri dağıtmaq yox, təslim olmaq istəyən Ukrayna hərbçiləri ilə danışıqlar aparmaq tapşırılıb:

"Əgər belə bir tapşırıq olmasaydı, o zaman biz Kiyevi çoxdan götürərdik”.

O, həmçinin qeyd edib ki, Ali Baş Komandanın əsas vəzifəsi şəhərləri dağıtmamaq və Qərbin ərazimizə daxil olub, öz şərtlərini qoymasının qarşısını almaqdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026