• Bakı 14° C

    6.47 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Kamran Əliyev Buxarestə getdi - FOTOLAR

SİYASƏT

23 Noyabr 2025 | 22:40

Kamran Əliyev Buxarestə getdi - FOTOLAR

Rumıniyalı həmkarı Aleks Florentsanın dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Buxarestdə işgüzar səfərdədir.

Bakıvaxtı.az xəbər verir ki, səfər çərçivəsində noyabrın 23-də nümayəndə heyəti Buxarest şəhərinin Tey Parkında ucaldılmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstünü ziyarət edib. Ziyarət zamanı Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad olunub, büstün önünə əklil və güllər düzülüb.

Səfər çərçivəsində Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizin Rumıniyadakı səfirliyini ziyarət edərək diplomatlarımızla görüşüb, onların iş şəraiti ilə maraqlanaraq ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin gücləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıb. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən hazırlanan “Qarabağ Azərbaycandır” kitabı səfirliyin kitabxanasına hədiyyə olunub.

 


SON XƏBƏRLƏR

23 Noyabr 2025
22 Noyabr 2025