• Bakı 20° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölüb - YENİLƏNİB

HADİSƏ

01 May 2024 | 15:50

Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölüb - YENİLƏNİB

Kəlbəcər rayonu Qamışlı kəndində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölənin kimliyi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, "Volvo" markalı yük maşınının aşması nəticəsində Türkiyə vətəndaşı, 1989-cu il təvəllüdlü Uysal Emrah aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır

Qeyd edək ki, dünyasını dəyişən şəxs Kəlbəcərdə aparılan yenidənqurma işlərində çalışırmış. Hadisə zamanı avtomobildə başqa şəxs olmayıb.

***

14:59

Kəlbəcərin Qamışlı kəndi ərazisində “Volvo” markalı yük maşını aşıb.

Bakıvaxtı.az xəbər verir ki, nəticədə bir nəfər vəfat edib.

Vəfat edən şəxsin Türkiyə vətəndaşı olduğu bildirilir.Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR