• Bakı 20° C

    2.78 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

"Kia" aşdı: Ölənlər var

HADİSƏ

09 Dekabr 2022 | 08:45 | Müəllif: Qalib İbrahimoğlu

"Kia" aşdı: Ölənlər var

Qazaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən hadisə rayonun Ağköynək kəndində qeydə alınıb. Nazirliyin  "112" qaynar telefon xəttinə adıçəkilən kənddə yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Kia” markalı minik avtomobili yol kənarına aşıb, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərin meyiti zədələnmiş avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026