• Bakı 19° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Kişi arvadını bıçaqladı - YENİLƏNİB

HADİSƏ

13 Iyul 2023 | 12:37

Kişi arvadını bıçaqladı - YENİLƏNİB

Tovuz Rayon Polis Şöbəsinə rayon sakini 1970-ci il təvəllüdlü T. Bayramovanın çox saylı bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bunu açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qadına bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən, həyat yoldaşı Nizami Bayramov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

12:19

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun mərkəzində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, ərlə arvad mübahisə edib və nəticədə kişi həyat yoldaşını bıçaqlayıb.

Qadın xəstəxanaya yerləşdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR