• Bakı 17° C

    0.73 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Kolumbiyada 60-a yaxın hərbçi oğurlandı

DÜNYA

23 Iyun 2025 | 12:55

Kolumbiyada 60-a yaxın hərbçi oğurlandı

Kolumbiyanın cənub-qərbindəki Mikay kanyonu bölgəsində onlarla əsgər mülki şəxslər tərəfindən oğurlanıb.

Bakıvaxtı.az BBC-yə istinadən xəbər verir ki, iki gün ərzində 57 əsgər və dörd unter-zabit oğurlanıb.

Mülki şəxslər 2016-cı ildə hökumətlə sülh sazişi imzalayan Kolumbiya İnqilabi Silahlı Qüvvələrinin (FARC) üsyançı qrupundan olan dissidentlərin təzyiqi altında hərəkət edirlər.

Yerli KİV-in məlumatına görə, hadisənin sifarişçisi FARC-ın ən böyük qolu olan EMC üsyançı dəstəsi ola bilər.

Xatırladaq ki, Mikay kanyonu kokainın Sakit okean limanlarına daşınması üçün istifadə olunur, narkotiklər oradan qanunsuz olaraq digər ölkələrə göndərilir.


SON XƏBƏRLƏR

08 Noyabr 2025