• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Konqoda daha bir TERROR: 10 nəfər HƏLAK OLUB

DÜNYA

03 Sentyabr 2024 | 09:03 | Müəllif: Əli Hüseynov

Konqoda daha bir TERROR: 10 nəfər HƏLAK OLUB

Konqo Demokratik Respublikasının şərqindəki Nizi şəhərində “Zair” qruplaşmasının silahlıları beşi əsgər də daxil olmaqla azı 10 nəfəri öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Agensy Frans Presse" ordunun İturi əyalətindəki nümayəndəsi leytenant Jül Nqonqoya istinadən məlumat yayıb.

"Zaire/İturinin Xalq Özünümüdafiə Cəbhəsi" qrupu 2019-cu ildə yaradılıb və əsasən Hima xalqını təmsil edir. İturi əyalətində yaşayan lendu və hima xalqları arasında icmalararası gərginlik ötən əsrin əvvəllərinə təsadüf edir. Lendu xalqını isə “Konqonun İnkişafı naminə Kooperativi” təmsil edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026