• Bakı 20° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

HƏMAS İsraildəki terrora görə məsuliyyəti öz üzərinə GÖTÜRDÜ

DÜNYA

03 Oktyabr 2024 | 00:25 | Müəllif: Subhan Mahmudov

HƏMAS İsraildəki terrora görə məsuliyyəti öz üzərinə GÖTÜRDÜ

Fələstin HƏMAS hərəkatının hərbi qanadı “İzzəddin əl-Qəssam Briqadaları” Təl-Əvivin cənubunda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə radikalların telegram kanalında müvafiq bəyanat yerləşdirilib.

Yaraqlıların sözlərinə görə, yaxın bir neçə gün ərzində yeni hücumlar olacaq.

Qeyd edək ki, Təl-Əviv şəhərinin cənubunda oktyabrın 1-də axşam saatlarında baş verən atışma nəticəsində İsrailin 7 vətəndaşı ölüb, 16-sı yaralanıb. Müəyyən edilib ki, terror aktını iki nəfər törədib, onlardan biri ölüb, digəri isə ağır yaralanıb. Hər ikisi Hevron (İordan çayının qərb sahilindəki şəhər) sakinləridir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026