• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Koordinatlar dəqiqləşdirilir: Metrənin metrə prinsipi işə düşür

SİYASƏT

23 Aprel 2024 | 15:38 | Müəllif: Qalib İbrahimoğlu

Koordinatlar dəqiqləşdirilir: Metrənin metrə prinsipi işə düşür

Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb. Bu barədə Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatında qeyd edilib.

Məlumatda vurğulanıb ki, Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşünün yekunları üzrə əldə edilən razılaşmalara müvafiq olaraq, 2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb.

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Bakıvaxtı.az-a açıqlamasında deyib ki, bundan əvvəl ərazilərin kimə aid olması ilə bağlı ümumi danışıq aparılır.

Analitik vurğulayıb ki, bu danışıqların aparılmasında müəyyən mərhələlər var:

"Konkret olaraq plan, kartoqrafiya və xəritələr üzrə koordinantların dəqiqləşdirilməsi prosesinə ehtiyac yaranır. Yəni metrənin-metrə prinsipi işə düşür ki, burada artıq "GPS" tətbiq olunur. Bu da maraqlı mərhələdir”.

Əziz Əlibəyli: Plan, kartoqrafiya və xəritələr üzrə koordinantların dəqiqləşdirilməsi prosesinə ehtiyac yaranır

Onun sözlərinə görə, konkret ölçmələr və onun əsasında ərazinin dəqiq şəkildə kimə aid olması müəyyənləşir:

“Qeyd edim ki, Azəbaycanda 1986-cı ildə Azərbaycan Aerogeodeziya İstehsalat Birliyi yaradılıb. Azərbaycanın geodeziya üzrə mütəxəssisləri ərazilərin bizə aid hissəsində dəqiqləşmə aparılması prosesində yaxından iştirak edəcəklər. Artıq proses başlayıb və şübhə yox ki, bu, ilk dəfə baş tutan delimitasiya prosesidir. Bunun arxasınca ümumi mövqenin danışıqlar yolu ilə müəyyən olunması istiqamətində proses başlayacaq".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026