• Bakı 29° C

    4.85 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Emoməli Rəhmon: Azərbaycan Tacikistanın etibarlı dostu və tərəfdaşıdır

SİYASƏT

23 May 2024 | 13:48

Emoməli Rəhmon: Azərbaycan Tacikistanın etibarlı dostu və tərəfdaşıdır

Əminəm ki, bugünkü görüşlərin nəticələri ölkələrimizin əməkdaşlığını yeni inkişaf səviyyəsinə yüksəldəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu mayın 23-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüş zamanı bildirib.

    "Azərbaycan Tacikistanın etibarlı dostu və tərəfdaşıdır. Ölkələrimizi zamanın sınağından çıxmış münasibətlər birləşdirir. Bizim aktual regional və beynəlxalq məsələlərdə mövqelərimiz eynidir. Ölkələrimizin xalqlarının daha da yaxınlaşmasına yönələn humanitar əlaqələr fəal inkişaf edir.

    Bu gün biz dövlətlərarası münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldən tarixi qərar qəbul edəcəyik. Bu, xalqlarımızın qardaşlığının və dostluğunun əsrlərdən bəri davam edən ənənələrinin ruhuna uyğundur. Bu qərarlar müstəqilliyimizin bütün dövründə qarşılıqlı fəaliyyətimizin irəliləməsində əldə olunan uğurları daha da möhkəmləndirir. Bu baxımdan qeyd etmək istərdim ki, bu prosesin başlanğıcını Azərbaycan xalqının Ümummilli Lideri, çox hörmətli Heydər Əlirza oğlu Əliyev qoyub. Əminəm ki, bu gün əldə ediləcək razılaşmalar qardaş xalqlarımızın dərin maraqlarına cavab verəcək və Tacikistan-Azərbaycan münasibətlərinin möhkəm təməlinə çevriləcək. Sizə təşəkkür edirəm” - o qeyd edib.


    SON XƏBƏRLƏR

    15 Iyun 2024