• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Fransa və ABŞ səfirlikləri ölən ANAMA əməkdaşının ailəsinə başsağlığı verib - YENİLƏNİB

SİYASƏT

21 Iyun 2024 | 17:11

Fransa və ABŞ səfirlikləri ölən ANAMA əməkdaşının ailəsinə başsağlığı verib - YENİLƏNİB

Fransanın Azərbaycandakı səfirliyi işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində minatəmizləmə işləri zamanı döyüş sursatının partlaması nəticəsində ölən Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Raqif İsayevin ailəsinə başsağlığı verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliklərin “X” sosial şəbəkəsindəki hesablarında qeyd edilib.

Bildirilib ki, Fransa minalardan təmizləmə səylərində Azərbaycana dəstək olmağa çalışır.

***

14:51

“Bu gün mina partlayışı nəticəsində həlak olan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşının ailəsinə başsağlığı veririk”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ səfirliyi öz Facebook səhifəsində paylaşım edib.

    “Birləşmiş Ştatlar Azərbaycanın ölkəni minalardan təmizləmək səylərini qətiyyətlə dəstəkləyir”, - paylaşımda bildirilib.

    Xatırladaq ki, bu gün Cəbrayıl rayonu ərazisində minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Agentliyin əməkdaşı 1980-ci il təvəllüdlü İsayev Raqif Deputat oğlu həyatını itirib. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan əməkdaşlar rayon xəstəxanasına təxliyə edilib.


    SON XƏBƏRLƏR