• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Koronavirus Çində yaranmayıb - ÜST

DÜNYA

29 Mart 2021 | 22:30

Koronavirus Çində yaranmayıb - ÜST

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri tərəfindən hazırlanan hesabatda yeni koronavirusun yayılma mənbəyinin Çindən xaricdə olması istisna edilmir.

Bakivaxti.az Unikal.org-a istinadən xəbər verir ki, “The Wall Street Journal” nəşrinin jurnalistləri yanvar-fevral aylarında Çində koronavirusun mənşəyinin şərtlərini aydınlaşdırmaqla məşğul olan mütəxəssislər tərəfindən hazırlanmış hesabatla tanış olublar.

Materialda qeyd edilir ki, mütəxəssislər virusun harada və necə yayılmağa başlaması barədə suala qəti cavab vermirlər.

“Məruzədə virusun Çindən xaricdə yaranması və sonra bu ölkədə yayılması ehtimalı irəli sürülür. Bu fərziyyə Çin səlahiyyətliləri tərəfindən irəli sürülüb, ABŞ və digər Qərb dövlətlərinin hökumətləri buna qarşı çıxıblar”, - deyə materialda bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026