• Bakı 23° C

    3.9 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Koronavirus yaddaş itkisinə səbəb olur

CƏMİYYƏT

22 Mart 2022 | 15:17 | Müəllif: Subhan Mahmudov

Koronavirus yaddaş itkisinə səbəb olur

Britaniyanın Huddersfild Universitetinin alimləri koronavirusun beynin immun reaksiyasına təsirini araşdırıblar.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, araşdırmanın nəticələri "Molecular Neurobiology" jurnalında dərc edilib.

Məlum olub ki, SARS-CoV-2-nin insan hüceyrələrinə daxil olmaq üçün istifadə etdiyi sünbül zülalı bədənin qalan hissəsində olduğu kimi beyinin immun hüceyrələrinə də eyni təsir göstərə bilər. Virus beyində çoxala bilməsə də, yaddaş itkisi və beyin dumanlanması kimi bəzi pozğunluqlara səbəb olması mümkündür.

İndi mütəxəssislər koronavirus infeksiyasının beyinə təsir edib-etməməsi, onun gələcəkdə altsheymer və ya parkinson xəstəliyi kimi bəzi neyrodegenerativ xəstəliklərin inkişafına səbəb olub-olmamasını araşdırırlar.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026