Jurnalist Nicat Abdullayev Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzinin (QASİM) rəhbəri seçilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. “Dünən Ədliyyə Nazirliyi tərəfindən QHT sədri kimi təsdiq edildim. Artıq jurnalistika və ictimaiyyətlə əlaqələr sahəsi ilə yanaşı Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzinin (QASİM) rəhbəri kimi ictimai fəaliyyətlə də məşğul olacam”.
Onun sözlərinə görə, 16 ildir fəaliyyət göstərən, ölkədə və xaricdə bir sıra önəmli layihələrə imza atan QASİM-in Azərbaycanın, eləcə də cəmiyyətimizin sivil inkişafı üçün gördüyü işləri davam etdirməyə çalışacaq.
Nuranə Daxilqızı
















