"Körpə ilə səyahətə çıxmaq mümkündü",
Bakıvaxtı.az xəbər verir ki, bunu həkim-pediatr Günay Rəsulova "Uşaqlarla, xüsusilə 40 günlük körpələrlə səyahətə çıxmaq olarmı", "Yenidoğulmuş ilə uzaq yola çıxarkən nələrə diqqət edilməlidir" suallarına cavab verərkən deyib.
Onun sözlərinə örə, bu zaman bir neçə məqama ciddi diqqət yetirilməlidir:
"Birinci növbədə, ictimai nəqliyyatdan istifadə edilməməlidir. İkincisi, şəxsi avtomobildə belə, kondisionerin isitməsi və ya soyutmasını düzgün tənzimləmək lazımdır. Üçüncüsü, gedilən məkanlarda körpəni tünlük olan yerlərdən, insanlarla təmasdan uzaq tutmaq lazımdır. Bu, xəstəlik və infeksiyalaşma riskini artırır".
Həkim bildirir ki, səyahətə çıxarkən körpə üçün lazım olan bütün ləvazimatları aparmaq lazımdır: "Buraya, termometr, qızdırmasalıcı dərman, allergiya əlaeyhinə preparat, qarın ağrısı və ya qusma əleyhinə vasitələr, ağrıkəsici, qəbzlik əlayehinə şam, bint və s. aiddir".
















