• Bakı 26° C

    1.27 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Alma bu xəstəliyə qarşı müdafiəni gücləndirir

CƏMİYYƏT

08 Avqust 2022 | 02:17 | Müəllif: Qalib İbrahimoğlu

Alma bu xəstəliyə qarşı müdafiəni gücləndirir

Alma qəbulu xolesterin səviyyəsini və bununla da ürək-damar xəstəliklərini, o cümlədən ürəyin işemik xəstəliyi riskini azaltmağa kömək edir.

Bakıvaxtı.az xəbər verir ki, ürəyin işemik xəstəliyi çox vaxt orqanları qanla təmin edən damarların divarlarında yığılan yağlı çöküntülərdən qaynaqlanır. Yüksək xolesterin olan insanlarda da ürək xəstəliyinə tutulma ehtimalı yüksəkdir.

Xolesterini azaltmaq üçün kifayət qədər lif istehlak etmək vacibdir. 

Alma ən yaxşı lif mənbələrindən biridir. Gündə üç almanın qəbulu xolesterinin azalması zərurətindın söhbət getdikdə faydalı ola bilər.

Ümumiyyətlə, daha çox meyvə, tərəvəz, kəpəkli taxıl bitkiləri və paxlalılar istehlak edərək lif qəbulunu artırmaq olar (azərtac). Bundan başqa, yüksək xolesterin probleminin qarşısını almaq və aradan qaldırmaq üçün ümumi sağlam həyat tərzinə riayət etmək vacibdir - bu pozuntu adətən doymuş yağlı qidaların qəbulu, eləcə də qeyri-kafi fiziki fəallıq, artıq çəki və həddindən artıq alkoqol istehlakı ilə əlaqələndirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026