• Bakı 7° C

    5.74 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Kremldən Naxçıvan görüşünə MÜNASİBƏT

DÜNYA

25 Sentyabr 2023 | 13:55

Kremldən Naxçıvan görüşünə MÜNASİBƏT

Kreml Azərbaycan və Türkiyə prezidentlərinin Naxçıvanda keçiriləcək görüşünə münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın Azərbaycan Prezidenti İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşlərinin Qarabağda təhlükəsizliyin təmin edilməsinə və həyatın normallaşmasına kömək edəcəyinə ümid etdiyini söyləyib.

Peskov regiondakı Rusiya sülhməramlılarının fəaliyyətindən də danışıb. Bildirib ki, Qarabağdakı Rusiya sülhməramlıları əsl qəhrəmanlıq göstərirlər, heç kim onları öz vəzifələrini yerinə yetirməməkdə qınaya bilməz.

Kremlin sözçüsü onu da qeyd edib ki, hələlik Rusiya sülhməramlılarının Qarabağda qalmaq müddəti barədə danışmaq mümkün deyil.

Peskov hələlik Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşünün təşkili ilə bağlı konkret planların olmadığını da əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026