• Bakı 20° C

    15.53 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

"Terrorla mübarizəmiz davam edəcək" - Ərdoğan

DÜNYA

25 Oktyabr 2023 | 13:36 | Müəllif: Qalib İbrahimoğlu

"Terrorla mübarizəmiz davam edəcək" - Ərdoğan

"Türkiyənin terrorla mübarizəsi davam edəcək".

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) AK Partinin toplantısında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə sərhədləri boyunca davam edən terror dəhlizlərini yeni əməliyyatlarla məhv etməyə davam edəcək.

Ərdoğan Türkiyə Ordusunun Suriya və İraqdakı vəzifəsini layiqincə yerinə yetirdiyini vurğulayıb: “Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqdakı fəaliyyət müddətlərinin daha 2 il uzadılmasına səs verən bütün deputatlara təşəkkür edirəm”.

O, terrorçuları qoruyanların bir gün həqiqəti anlayacaqlarına inandığını qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026