• Bakı 10° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Dilan Polat  intihar etmək istəyir

DÜNYA

24 Noyabr 2023 | 09:21 | Müəllif: Qalib İbrahimoğlu

Dilan Polat intihar etmək istəyir

Çirkli pulların yuyulması və vergidən yayınma ittihamları ilə həbs edilən sosial media fenomeni Dilan Polat intihar etmək istəyir.

Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.

Məlumata görə, Dilan Polat Çorlu həbsxanasında olan əri Engin Polata zəng edərək intihar etmək istədiyini deyib. Dilan Polatın psixologiyasının pozulduğunu anlayan vəkillər görüşmək üçün həbsxanaya gediblər.

Qeyd edək ki, Dilan və Engin Polat haqqında Anadolu Respublika Prokurorluğu tərəfindən “Cinayət törətmək məqsədi ilə təşkilat qurmaq”, “Gəlirlərin yuyulmasının qarşısının alınması” ittihamları ilə cinayət işi açılıb.

İstintaq zamanı oktyabrın 12-də Dilan və Engin Polatın və qohumlarının bütün əmlaklarının müsadirə edilməsinə qərar verilib.

İstintaq çərçivəsində Sülh Cəza Hakimliyi, aralarında Dilan və Engin Polatın da olduğu 14 şübhəli haqqında həbs qərarı çıxarıb, 9 şübhəli isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026