• Bakı 20° C

    3.92 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Bu ay Əliyev-Paşinyan görüşü baş tutmayacaq

DÜNYA

25 Oktyabr 2023 | 11:54

Bu ay Əliyev-Paşinyan görüşü baş tutmayacaq

Azərbaycan və Ermənistan liderləri bu ay Brüsseldə görüşməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa İttifaqının Gürcüstan böhranı və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib.

Toivo Klaarın sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev vaxt azlığı ilə əlaqədar olaraq oktyabr ayının sonunda Brüsseldə görüşməyəcəklər.

Qeyd edək ki, bu ayın əvvəlində Qranadada keçirilən 3-cü Avropa Siyasi Sammitində iştirak edən Aİ Şurasının Prezidenti Şarl Mişel “France-Presse”ə açıqlamasında deyib ki, oktyabrın sonunda Avropa İttifaqının (Aİ) ev sahibliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçiriləcək. O bildirib ki, Brüsseldə baş tutacaq görüşlə bağlı tərəflər artıq məlumatlandırılıb.

“Mən hər iki lideri oktyabrın sonunadək Brüsselə dəvət edəcəyim barədə məlumatlandırmışam”, - Mişel bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR