• Bakı 13° C

    9.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Dünyanın ən yaşlı qadını uzun ömrün sirrini açıqladı

DÜNYA

25 Oktyabr 2023 | 11:07

Dünyanın ən yaşlı qadını uzun ömrün sirrini açıqladı

Alimlər uzun ömrün sirlərini anlamaq üçün hazırda dünyanın ən yaşlı insanı olan 116 yaşlı ispaniyalı Maria Branyasdan qan, tüpürcək və sidik nümunələri götürərək genetik araşdırmalara başlayıblar.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, səhhətində yerimə və eşitmə çətinliyindən başqa heç bir problemi olmayan Branyas 1907-ci il martın 4-də ABŞ-ın San-Fransisko şəhərində anadan olub.

Uşaq ikən ailəsi ilə birlikdə İspaniyaya köçən Branyan Geronadakı qocalar evində yaşayır. İspan qripinə qalib gələn, İspaniya vətəndaş müharibəsinin şahidi olan, hətta COVID-19-dan sağ çıxan Branyas sağlamlıq vəziyyəti və yaddaşının kəskinliyi ilə alimləri təəccübləndirir.

Branyas əvvəlki açıqlamasında hər gün qatıq yediyini və həddindən artıq olan şeylərdən çəkindiyini söyləyib.

Heç bir ciddi xəstəliyi və əməliyyatı olmadığını bildirən yaşlı qadın uzun ömrün sirlərini soruşanlara belə cavab verib: "Nizam, sülh, ailə və dostlarla yaxşı münasibətlər, təbiətlə təmas, emosional sabitlik, çoxlu nikbinlik və zəhərli insanlardan uzaq olmaq".

Buna baxmayaraq, həkimlər ispan qadının genetik cəhətdən də şanslı olduğunu düşünürlər.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR