• Bakı 13° C

    2.64 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Küçədə kütləvi atışma - Ölənlər var

DÜNYA

04 Iyul 2023 | 14:28

Küçədə kütləvi atışma - Ölənlər var

ABŞ-ın Filadelfiya ştatında 40 yaşlı kişi küçədə 4 nəfəri öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Məlumata görə, atışma zamanı daha iki uşaq yaralanıb:

“Hadisə yerinə gələn polis atəş açan şəxsi təqib etməyə başlayıb, bir müddət sonra o, təslim olub və saxlanılıb. Onda AR tüfəngi, patronlu bir neçə maqazin, tapança və polis skaneri aşkar edilib. Saxlanılan şəxslə yanaşı ona cavab atəşi açan daha bir şəxs saxlanılıb”.

Qeyd edək ki, bu, son günlər ABŞ-da baş verən ikinci kütləvi atışmadır. Bundan əvvəl oxşar hadisə Baltimorda baş vermiş, nəticədə 2 nəfər həlak olmuş, 28 nəfər yaralanmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026