İran Prezidenti İbrahim Rəisi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Məhəmməd bin Zayed Al Nəhyanı rəsmi olaraq İrana səfərə dəvət edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə IRNA BƏƏ mediasına istinadən məlumat yayıb.
Qeyd olunub ki, İranın Əbu-Dabidəki səfiri Rza Ameri BƏƏ rəsmisi ilə görüşdə Prezident Rəisinin səfərlə bağlı dəvətini çatdırıb.
















