• Bakı 22° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Ərdoğan Putinə bəzi təkliflər irəli sürəcək

DÜNYA

02 Sentyabr 2023 | 12:56

Ərdoğan Putinə bəzi təkliflər irəli sürəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın taxıl dəhlizinin fəaliyyətinin yenidən bərpası üçün təklif paketini Rusiya prezidenti Vladimir Putinə təqdim etməsi gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyənin dəstəyi ilə hazırlanan paket BMT tərəfindən də təsdiqlənib.

Məlumata əsasən, təklif paketinə Rusiya gəmilərinin sığorta probleminin həlli, Rusiya banklarının SWIFT-ə qoşulması və Rusiya taxılının heç bir əngəl olmadan daşınması daxildir.

Qeyd edək ki, Türkiyə və Rusiya liderlərinin 4 sentyabr tarixində Soçidə görüşü keçiriləcək. Görüş çərçivəsində Qara dəniz Taxıl Dəhlizi Sazişi ilə bağlı müzakirələrin aparılacağı gözlənilir.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR