• Bakı 22° C

    5.14 m/s

Kükü kəndinə dolu düşüb

CƏMİYYƏT

09 Iyun 2026 | 20:50 | Müəllif: Subhan Mahmudov

Kükü kəndinə dolu düşüb

Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti müşahidə olunur.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən Bakıvaxtı.az-a verilən məlumata görə, muxtar respublikanın bəzi dağlıq və dağətəyi ərazilərində yağıntılı hava şəraiti qeydə alınıb.

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb. Məlumata əsasən, yağan dolunun diametri 1 santimetr olub.

Hazırda bölgədə hava şəraiti nəzarətdə saxlanılır.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026