• Bakı 10° C

    2.3 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Lənkəranda avtomobil qəzadan sonra yanıb

HADİSƏ

28 Iyul 2021 | 00:10

Lənkəranda avtomobil qəzadan sonra yanıb

Lənkəran rayonunun Gərmətük kəndi ərazisində “VAZ-2107” ilə “Chevrolet” markalı avtomobillər toqquşub.

Bakıvaxtı.az xəbər verir ki, Firudin Babayevə məxsus 10-RM-069 dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobil yaxınlıqdakı yüksək gərginlikli elektrik dirəyini aşırıb və nəticədə nəqliyyat vasitəsi alışıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Lənkəran Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.

Yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR