• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qadınların liderliyi: Ankarada beynəlxalq tədbir keçirildi 

CƏMİYYƏT

08 Mart 2024 | 13:23 | Müəllif: Qalib İbrahimoğlu

Qadınların liderliyi: Ankarada beynəlxalq tədbir keçirildi

8 Mart Bynəlxalq Qadınlar Günü münasibətilə  Pakistanın Ankaradakı Səfirliyi tərəfindən siyasət, diplomatiya, təhsil, o cümlədən həyatın müxtəlif sahələrindən tanınmış beynəlxalq qadın liderlərin iştirakı ilə "Qadınların liderliyi” mövzusunda tədbir təşkil edilib.

Bakıvaxtı.az xəbər verir ki, Pakistanın Türkiyədəki səfiri .Yousaf Junaid qadınların cəmiyyətə, iqtisadiyyata və mədəniyyətə verdiyi əvəzsiz töhfəni qeyd edib. Onun sözlərinə görə, İslamda qadına cəmiyyətin əsl memarları olduqları üçün yüksək ehtiramla yanaşırlar.

Türkiyənin birinci xanımı Əminə Ərdoğanın “güclü qadın, güclü ailə, güclü cəmiyyət” baxışını yüksək qiymətləndirən səfir, qadınları hələ də geridə saxlayan maneələri aradan qaldırmaq, buz tavanları sındırmaq və ədalətli dünya yaratmaq üçün birlikdə çalışmağımızın vacib olduğunu bildirib. 

Türkiyə Böyük Millət Məclisinin üzvü Serap Yazıcı Özbudun qadınların təhsildən tutmuş məşğulluğa qədər hər sahədə bərabər imkanlara çıxışını təmin etmək üçün hərtərəfli dəstək mexanizminin yaradılmasının vacibliyini vurğulayıb.

Ankara Universitetinin prorektoru Prof. Dr. Yasemin Kepenekçi bərabər imkanların təməlinin qoyulmasında və bərabər hüquqları müdafiə etmək bacarığında təhsilin əhəmiyyətini qeyd edib.

DMEDD-nin prezidenti Prof. Dr. Şebnem Akçapar qadınların səlahiyyətlərinin artırılmasının və davamlı inkişafın ilkin şərti kimi peşəkar həyatda iştirakının vacibliyini bir daha vurğulayıb.

Prof. Feride Acar gender bərabərliyi məqsədinə çatmaqda kritik amil kimi kişilərin dəstəyini bildirib.


Qadınların liderliyi: Ankarada beynəlxalq tədbir keçirildi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026