• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Lunyov Leverkuznə qayıdır?

İDMAN

14 Oktyabr 2023 | 15:58

Lunyov Leverkuznə qayıdır?

"Qarabağ"ın qapıçısı Andrey Lunyovun agenti Anton Smirnov oyunçunun Almaniyanın "Bayer 04" klubuna qayıtmaq ehtimalı barədə danışıb.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə Rusiya mətbuatına açıqlama verib.

Smirnov Leverkuzendə Lunyovu unutmadıqlarını bildirib: "Klubun idman direktoru Simon Rolfes onun haqqında soruşur, mən qapıçının seyvlərinin bəzilərini göndərirəm. Andreyin Bundesliqaya qayıtmaq şansı varmı? Bütün təkliflər kluba təqdim edilməlidir. Onun "Qarabağ"la müqaviləsi var. İndi hansısa təklifdən danışmaq düzgün deyil".

Agent "köhlən atlar"ın UEFA Avropa Liqasının qrup mərhələsində "Bayer 04" ilə üz-üzə gələcəyini xatırladıb: "Onların səfərdə necə oynayacağını görmək maraqlı olacaq. Qrup liderinə və üstəlik Lunyovun keçmiş komandasına qarşı çıxış edəcəklər. Leverkuzen klubu bu mövsüm inanılmaz nəticələr göstərir. Çoxlu qollar vurular. "Bayer 04" ilə oyun əsl sınaq olacaq".

Qeyd edək ki, 2021-ci ildən "Bayer 04"də çıxış edən Andrey Lunyov avqustda "Qarabağ"a keçib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026