• Bakı 10° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycan-İsveç oyununu qadın hakim idarə edəcək

İDMAN

13 Noyabr 2023 | 14:12 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycan-İsveç oyununu qadın hakim idarə edəcək

AVRO-2024-ün seçmə mərhələsində Bakıda Azərbaycan və İsveç yığmaları arasında keçiriləcək oyunun təyinatları açıqlanıb.

Bakıvaxtı.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşma İsveçrədən olan hakimlər briqadasına həvalə olunub.

Matçı qadın referi Ester Ştaubli idarə edəcək. Onun köməkçiləri Yonas Erni və Süzanna Künq olacaqlar. Dördüncü hakim funksiyasını Mirel Turkes yerinə yetirəcək. VAR sisteminə Lukas Fandrix nəzarət edəcək. Lionel Tsçudi isə onun köməkçisi olacaq.

Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – İsveç oyunu saat 21:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026