Universum Beynəlxalq Kolleci Azərbaycan millisinin sabiq baş məşqçisi Canni de Byazini fəxri doktor mükafatı ilə təltif ediləcək.
Bakıvaxtı.az xarici KİV-lərə istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssis bu mükafata Albaniya millisinə tarixi uğur qazandırdığı üçün layiq görülüb. Sözügedən yığmanı 2016-cı ildə Avropa çempionatının final mərhələsinə daşıyan italiyalı çalışdırıcı mükafatını dekabrın 19-da Kosovonun paytaxtı Priştinada təşkil olunacaq mərasimdə alacaq.
O, həmçinin onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlara kömək məqsədilə keçiriləcək xeyriyyə tədbirində fəxri məruzəçi kimi çıxış edəcək.
Qeyd edək ki, Canni de Byazi noyabrın 22-də öz istəyi ilə Azərbaycan yığmasından ayrılıb.
















