• Bakı 7° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Argentina millisi buna görə turnirlərdən kənarlaşdırıla bilər

İDMAN

10 Yanvar 2024 | 20:46 | Müəllif: Subhan Mahmudov

Argentina millisi buna görə turnirlərdən kənarlaşdırıla bilər

Argentina millisi ölkə Prezidenti Xavyer Mileyin təklifi səbəbindən beynəlxalq turnirlərdən kənarlaşdırıla bilər.

Bakıvaxtı.az bildirir ki, bu barədə AS portalı öz mənbələrinə istinadla xəbər verib.

Bildirilib ki, Miley ölkə başçısı seçilən kimi milli klubların idman səhmdar cəmiyyətlərinə çevrilə biləcəyini deyib. Bu məsələ təcili ehtiyac haqqında fərmanda öz əksini tapıb.

Argentina İdman Konfederasiyası (CAD) Mileyin təklifinə qarşı çıxıb, çünki Beynəlxalq Olimpiya Komitəsinin və Beynəlxalq Futbol Federasiyasının qaydalarına əsasən, dövlətin idman qurumlarının fəaliyyətinə müdaxiləsinə görə ciddi cəzalar nəzərdə tutulub. Müdaxilə səbəbindən Argentina millisi Amerika Kuboku və Parisdə keçiriləcək Olimpiya Oyunlarından kənarlaşdırıla bilər.

Xatırladaq ki, dekabrın 20-də Miley xalqa müraciət edərək, iqtisadiyyatın yenidən requlyasiyasına yönəlmiş islahatlarla fövqəladə fərman imzaladığını açıqlayıb./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR