• Bakı 8° C

    0.17 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Müharibə də olsa, Olimpiada keçiriləcək - Tomas Bax

İDMAN

12 Noyabr 2023 | 20:27 | Müəllif: Subhan Mahmudov

Müharibə də olsa, Olimpiada keçiriləcək - Tomas Bax

Beynəlxalq Olimpiya Komitəsi artan hərbi münaqişələrə görə 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya oyunlarını ləğv etməyi düşünmür.

Bakıvaxtı.az bildirir ki, bunu Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Bax deyib.

"Çox güclü geosiyasi gərginlik var, amma Parisdəki Olimpiya oyunlarını qurban verəcəyimizi söyləmək tamamilə yanlış yanaşma olardı. Hökumətlər və ölkələr arasında çoxlu müharibələrimiz olub, lakin idmançılar həmişə oyunlarda iştirak ediblər. Bu, Olimpiya missiyasına uyğundur. Dünya müharibəsinin olub-olmayacağını bilmirəm, amma Beynəlxalq Olimpiya Komitəsi idmanın əsas ideyasına xəyanət edə bilməz", - Bax bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026